29 C
Bakı
13 Avqust 2025 12:15
Dünya

Teleaparıcı milçək uddu, canlı yayım davam etdi – VİDEO

Amerikanın “Boston 25” telekanalının xəbər aparıcısı Vanessa Uelç verilişi zamanı təsadüfən milçəy udub, lakin heç bir problem olmadan danışmağa davam edib.

 

Tacxeber.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin videosu sosial şəbəkələrdə yayılıb.

 

Verilişin qeydindən görünür ki, böcək əvvəlcə jurnalistin gözünə uçmağa çalışıb, lakin o, buna dözüb. Uelç bir neçə dəfə gözlərini qırpdığı anda milçək ağzına düşüb. Buna baxmayaraq, aparıcı demək olar ki, heç bir emosiya nümayiş etdirməyib və qısa fasilədən sonra cümləsini tamamlayıb.

Tamaşaçılar jurnalistin yüksək peşəkarlığını qeyd ediblər. Şərhlərdə onlar kanal rəhbərliyinə jurnalistə bonus verməyi, maaşını artırmağı və ya hətta irəli çəkməyi təklif ediblər.

 

Xatırladaq ki, Uelç bu hadisədə unikal deyil. On il əvvəl Britaniya müxbiri Adam Boulton da “Sky News”da son xəbərlər yayımı zamanı canlı olaraq milçək udmuşdu.

 

Tacxeber.com

Oxşar xəbərlər

Qazaxıstanda Rusiya ordusu üçün könüllülər axtarılır

redaktor

Maskın sosial şəbəkəsi Hindistanı məhkəməyə verir

redaktor

Vətən müharibəsinin ilk günü işğaldan azad edilən ərazilər – SİYAHI

redaktor