29 C
Bakı
11 Avqust 2025 17:14
Cəmiyyət

Əhmədov AB Şurasına məhkəmədə qalib gəldi

 

2023-cü ilin sentyabrında AB-nin sanksiya siyahısından çıxarılan Azərbaycan əsilli rusiyalı iş adamı Fərhad Əhmədov Lüksemburqdakı məhkəmə orqanının qərarından sonra AB Şurasına qarşı məhkəmədə qalib gəlib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

 

Məlumata görə, AB Şurasına Əhmədova qarşı məhdudiyyətlərlə bağlı bütün qərarları 2022-ci il aprelin 8-dən ləğv etmək tapşırılıb:

 

“Məhkəmə həmçinin AB Şurasına bu işlə bağlı bütün məhkəmə xərclərini ödəməyi tapşırıb”.

 

Qeyd edək ki, 2023-cü il sentyabrın 14-də AB Şurası sahibkar Fərhad Əhmədovu şəxsi sanksiyalar siyahısından çıxarıb.

Tacxeber.com

Oxşar xəbərlər

“Camaatı din adı altında rahatlıqla aldatmaq olar, Allahdan küsəcəklər„

redaktor

Əvəz Zeynallı azad edilir?

admin

AZAL bu istiqamətlər üzrə biletlərin qiymətlərini endirdi

redaktor