29 C
Bakı
11 Avqust 2025 17:27
Şou

“Uşaqlara demişəm ki, qocalanda telefonu əlimdən alın”

“Onu bilirəm ki, nəvəmi çəkib instaqramda paylaşmayacağam. Uşaqlarıma demişəm ki, qocalanda telefonu əlimdən alın. Birdən düzgün davranmaram”.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə “Həmin Zaur” verilişində deyib. Sənətçi yaşlı nəslin nümayəndələrinin sosial şəbəkədə onlara yaraşmayan hərəkətlər etdiyini bildirib:

 

“Çünki bəzi ağbirçək və ağsaqqallara baxıram, sosial şəbəkədə onlara yaraşmayan hərəkətlər edirlər. Hər şeyi çəkib paylaşırlar. Allah bizim ağlımızı başımızdan almasın. Evdə hər şey edə bilərsən, amma paylaşa bilməzsən. Pərdə nə üçündür? Mənası böyükdür, pərdəni çəkirsən ki, evin içini də görməsinlər. Bir çox insanlar isə o pərdəni çəkib və çıxıb küçəyə. İnsan müasir ola bilər, amma bizim mənəvi dəyərlərimiz, olmazlarımız var”.

Tacxeber.com

Oxşar xəbərlər

Nigar Camala hücum edən şəxs saxlanıldı – RƏSMİ AÇIQLAMA – VİDEO

redaktor

Özündən 20 yaş böyük kişiyə ərə getdi, gənc oğlanla şəkli yayıldı, qardaşı dənizdə batdı

redaktor

Anar Ağakişiyev Bülənt Ərsoyu yenə dəyişdi – Video+Fotolar

admin