Dünya

Zaxarovadan Estoniya prezidentinin “Rusiyanı diz çökdürməliyik” bəyanatına REAKSİYA

 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Estoniya prezidenti Alar Karisin ölkəsinin Rusiyanı diz çökdürmək üçün hər cür səy göstərməsi ilə bağlı bəyanatını şərh edib.

 

Tacxeber.com rus mediasına istinadən xəbər verir ki, Zaxarova bu xəbərə istehzalı cavab verib: “Necə? Qoy, göstərsin”.

 

Estoniya prezidenti Alar Karis deyib ki, Qərbin əsas vəzifəsi “rus döyüş maşını”nı dayandırmaqdır. Estoniya isə “Moskvanı diz çökdürmək” üçün əlindən gələn hər şeyi edəcək.

 

Dövlət başçısının fikrincə, yaxın gələcəkdə Rusiyada heç bir prinsipial dəyişiklik baş verməyəcək, ona görə də Avropa İttifaqı Moskva ilə uzunmüddətli qarşıdurmaya hazırlaşmalı və sanksiya təzyiqlərini davam etdirməlidir. Estoniya prezidenti hesab edir ki, yalnız bu yolla Ukraynadakı münaqişənin həlli baxımından əsl danışıqlara başlamaq olar.

Tacxeber.com

Oxşar xəbərlər

“Hindistan və Fransa bizim əsas müdafiə tərəfdaşlarımıza çevrilib” – Ermənistan MN

redaktor

Ukrayna ordusu vaqnerçiləri əsir götürdü

admin

Gürcüstanda onkoloji xəstələr dövlət hesabına müalicə olunur

redaktor