24 C
Bakı
26 Sentyabr 2025 18:34
Sağlamlıq

Azərbaycan infarkt üzrə “ən”dir – Yalnız bu ölkədən geri qalır

Azərbaycan ürək-damar xəstəliklərindən ölüm hallarına görə dünyada ikinci yerdədir.

 

“AzPolitika” xəbər verir ki, “World Statistics” resursunun hesabatında belə deyilir. Dərc olunan cədvəldən görünür ki, ölkəmiz hər 100 min nəfərə 388 ölüm faktı ilə yalnız Tacikistandan geri qalır. O da cəmi bir ölüm faktı fərqi ilə. Tacikistanda bu göstərici 389-dur.

 

İlk onluğa Özbəkistan (354 ölüm), Ukrayna (305 ölüm) və Belarus (282 ölüm) da daxildir.

 

Siyahıda Rusiya 27-ci, Qazaxıstan 35-ci, İran 54-cü, Türkiyə isə 117-ci yerdədir.

 

Yaponiya, Fransa və Cənubi Koreya daha az riskli ölkələr kimi sıralanır və reytinqdə ən aşağı üç yeri tutur: 181-ci, 182-ci və 183-cü. Bu statistika Azərbaycanda səhiyyə sistemindən tutmuş sosial həyata qədər vəziyyətin necə olduğuna dair müəyyən təsəvvür yaradır.

Tacxeber.com

Oxşar xəbərlər

Bədəniniz gündən yanarsa, bu üsulları tətbiq edin

redaktor

Məhsulların tərkibində olan E234 qida əlavəsinin – TƏHLÜKƏSİ

redaktor

İnsultdan sonra demensiya niyə baş verir?

redaktor