15 C
Bakı
26 Mart 2026 19:26
İdmanMüsahibəQalmaqal

“Qarabağın qolkiperi Lunyov səsli mesaj göndərib dedi ki…”

“Qarabağ”ın qapıçısı Andrey Lunyov meneceri Anton Smirnovla yolları ayırıb.

 

Bu barədə Smirnov “RB Sport”a açıqlamasında bildirib.

Menecer Lunyovun onunla əməkdaşlığı dayandırmasını səsli mesaj vasitəsi ilə bildirdiyinə görə incidiyini söyləyib: “Lunyov mənə əməkdaşlığımızın dayandırılması ilə bağlı səsli mesaj göndərdi. Onun belə qərar verməyi mənim üçün təəccüblü deyil. Yolları ayırmağın vaxtı çoxdan çatmışdı. Andreyin qərarına hörmətlə yanaşıram.

 

Lunyov “Qarabağ”a transfer olunarkən əvvəlcə klub bir ildən artıq müddətə müqavilə imzalamaq istəmirdi. Onlar gələcəkdə Lunyova arxalana bilib-bilməyəcəklərini anlamaq istəyirdilər. Düşünürdülər ki, o, ili normal keçirsə, müqaviləni uzatmaq variantı olsun. Müqavilənin maddi tərəfi isə acınacaqlı idi – illik 200 min avro. Sonda bildirildi ki, əgər hər şey qaydasına düşsə, dekabrda şərtlərə yenidən baxılacaq və təkmilləşdirilmiş şərtlərlə müqavilənin uzadılması təklif olunacaq”.

 

Smirnov Lunyova 3,5 illik əməkdaşlığından 3 milyon rubl (təqribən 56 min manat) qazandığını söyləyib: “Üç ildən artıq əməkdaşlıq haqqında deyiləsi çox şey var. Hətta düşünürəm ki, bu haqda kitab yaza bilərəm. Bu arada, Andreyə açıq şəkildə demək istədiyim yeganə şey budur: Səsli mesajdan bir az daha çox şeyə layiq idim. Qazanca gəldikdə isə, 3,5 il müddətində təxminən 3 milyon rubl qazanmışam. Ancaq “Zenit” azarkeşləri məni hələ də qəssab adlandırırlar. Lunyov Zenit”də qalsaydı, mən daha çox qazanacaqdım”.

 

Qeyd edək ki, rusiyalı qolkiper ötən ilin yayından “Qarabağ”ın futbolçusudur. Tərəflərin müqaviləsi cari mövsümün sonuna qədər nəzərdə tutulub. (Qol.az)

Tacxeber.com

Oxşar xəbərlər

Pelenin tabutu hazırlanır – ŞOK VİDEO

redaktor

“Belə oynamamaq. Daha yaxşı oynamaq” – Qurban Qurbanov

admin

Ronaldo qılıncla rəqs etdi – VİDEO

redaktor