Bu, düşündüyünüz qədər yüngül xəstəlik deyil.
Anemiya və ya qanazlığı – ilk baxışdan göründüyü kimi o qədər də yüngül xəstəlik deyil. Əgər həkim sizə anemiya diaqnozu qoyubsa, bu o deməkdir ki, sizin orqanizminizdə heboqlobinin miqdarı aşağıdır. Qanın analizi isə eritrositlərin miqdarının aşağı olduğunu göstərəcəkdir. Bu göstərici bir çox xəstəliklərin indikatoru hesab edilir.
Eritrositlər– sümük iliyində yaranan qırmızı qan hüceyrələridir. Onların vəzifəsi orqanizmin orqan və toxumalarını oksigenlə təmin etməkdir. Digər funksiyası isə nəqletmə funksiyası olub, toxumalardan karbon qazını xaric etməkdir. Əgər eritrositlər normadadırsa, insan özünü sağlam hiss edir, norma pozulanda isə anemiya ilə əlaqədar bir çox patalogiyalar meydana çıxmağa başlayır.