DünyaSiyasət

Ağ Ev Gürcüstan prezidentinin veto qərarına reaksiya verib

ABŞ Gürcüstan prezidenti Salome Zurabişvilinin “Xarici agentlər” haqqında qanuna qoyduğu vetoya münasibət bildirib.

 Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Adrienne Vatson Prezident Zurabişvilinin “Xarici agentlər” haqqında qanuna veto qoymasına görə şad olduqlarını bildirib.

“Biz parlament üzvlərini eyni cəsarət göstərməyə və onun vetosunu ləğv etməməyə çağırırıq”, – deyə Ağ Ev sözçüsü bəyan edib.

 

Qeyd edək ki, Gürcüstan prezidenti Salome Zurabişvili dünən “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub.

“Bu qanun heç bir dəyişiklik və ya təkmilləşdirməyə məruz qalmır və ona görə də ona çox sadə veto qoyulur. Bu qanun ləğv edilməlidir”, – deyə prezident bildirib.

 

Xatıraldaq ki, bu yaxınlarda Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul edib. Qanun layihəsini 84 deputat dəstəkləyib, 30 deputat əleyhinə səs verib. Qanun ölkə daxilində geniş etirazlara səbəb olub. (Yeniavaz)

Tacxeber.com

Oxşar xəbərlər

2019 və 2022-nin DEKABRI – Koronavirus QAYIDIR?

admin

Xamenei ABŞ ilə danışıqları uğurlu adlandırdı

redaktor

Əhəd Abıyev bu rayona icra başçısı göndərilir?

redaktor