Cəmiyyət

Vatsap+ təhlükəsi: səhər durub görürsünüz ki, kartda pul yoxdur

“Kaspersky” şirkətinin göstəricilərinə görə, dünyada ən çox Vatsap+ istifadəçisi Azərbaycandadır.

 

Tacxeber.com xəbər verir ki, bunu Paşa Bank ASC-nin nümayəndəsi Araz Həsənzadə Bakıda keçirilən Fintex Sammitində deyib.

 

Onun sözlərinə görə, Vatsap+ qeyri-leqal proqramdır:

 

“Hansıki xakerlər cihazlarımızda olan fərdi məlumatlarımızı, hərəkətlərimizi, hətta telefonumuza gələn SMS-lərə qədər oxuyur. Həmin məlumatları 3-cü tərəflərə ötürür. Bunun əsasında hətta icazə vermişiksə, cihazlarımızı idarə edə bilir. Sizin xəbəriniz olmadan, xüsusən gecə vaxtı ekran qaralır, PİN-kod daxil edilir və mobil əlavəyə müdaxilə olunaraq pul köçürülür, səhər durub görürsünüz ki, kartda pul yoxdur. Xəbəriniz belə olmadan fırıldaqçılıq baş verir. Ancaq bunların qarşısını almaq üçün də banklar daimi əsasda öz tədbirlərini görürlər”, – A. Həsənzadə bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Qaz balonu hansı hallarda partlaya bilər? – Video

redaktor

“Onsuz da Mahirə qarşı kin saxlamırdım” – Miroslav Kloze

admin

Azərbaycanda əxlaqsızlığı təbliğ edən tiktokerlər saxlanıldı

redaktor