24 C
Bakı
22 İyun 2025 14:03
Kriminal

Natiq Mehdi qətlə yetirilib – İş yoldaşı tutuldu

Müsavat Partiyasının bir neçə gündür itkin düşmüş üzvünün qətlə yetirildiyi məlum olub.

 

DİN-in Mətbuat xidmtindən bildirilib ki, Natiq Mehdi Məhəmməd oğlunun (Natiq Ulubəy) itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparılıb.

 

Araşdırmalarla 1964-cü il təvəllüdlü Natiq Mehdinin iş yoldaşı 1966-cı il təvəllüdlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edilib. Elsəvər İslamov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

 

Hazırda araşdırma aparılır.

 

Qeyd edək ki, bu gün Müsavat Partiyası Natiq Mehdinin itkin düşməsi barədə məlumat yayıb. Bildirilib ki, o, 3 gün əvvəl itkin düşüb. Yaxınlarının dediyinə görə, onun öz avtomobili ilə birgə itkin düşməsi ilə bağlı polisə məlumat veriblər.

 

Xatırladaq ki, Natiq Mehdi Müsavat Partiyasının başqanlığına öz namizədliyini irəli sürmüş, qurultaya bir neçə gün qalmış namizədliyini geri götürmüşdü.

 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Natiq Mehdi Bakı şəhərindəki orta məktəblərdən birində mühafizəçi vəzifəsində çalışırmış.

Tacxeber.com

Oxşar xəbərlər

Casusu gəmi kapitanı: “Bilirdim ki, İran məlumatları Ermənistana ötürmək üçün istəyir” – VİDEO

redaktor

Azərbaycanda oğru oğurluğa girdiyi evlərdə qadınları təcüvüz etməyə çalışıb… – Biri hamilə olub

admin

AFFA-da 900 min dolları illər öncə bu yolla asanlıqla silinib.

admin