24 C
Bakı
23 İyun 2025 21:02
Cəmiyyət

“Mən heç vaxt kasıb insan olmamışam” – Elmar Məmmədyarov

Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov bu vəzifədə olarkən nə qədər maaş alması ilə bağlı suala cavab verib.

 

Tacxeber.com xəbər verir ki, o, İTV-də yayımlanan müsahibəsində heç vaxt kasıb insan olmadığını bildirib:

 

“Hesab edirəm ki, bu sualın verilməsi heç də etik deyil. Maaşa əlavələr də olurdu. Mənim səfir diplmatik rütbəmə, həm də nazir kimi digər xərclərə görə əməkhaqqına olan əlavələri və təchizat xərclərini də nəzərə alsaq, kifayət qədər münasib bir məbləğ alınırdı. Mən həyatım boyu heç vaxt kasıb insan olmamışam.

 

Əvvəla, atam akademik idi, mən hələ 1988-89-cu illərdə Sovet İttifaqında dollarla maaş alırdım. 13 ilə yaxın ABŞ-də yaşamışam və hər zaman yüksək əməkhaqqım olub. Ümumiyyətlə, deyə bilərəm ki, mənim sıxıntım olmayıb. Belə cavab sizi qane edirmi?”

Tacxeber.com

Oxşar xəbərlər

Nura Suri: “Məktəb direktoru cibindən ödəməlidir?” — FOTO

redaktor

Şəfiqə Nağıyevanı maşını ilə vuran taksi sürücüsü canlı yayıma zəng etdi – VİDEO

redaktor

“Ülviyyə İlyasova, sən qanundan üstünsən”

redaktor