7 C
Bakı
26 Dekabr 2025 22:29
Dünya

Zelenski: “Xarkov vilayətində şiddətli döyüşlər gedir”

 

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkənin Xarkov vilayətinin sərhəd zonasında şiddətli döyüşlər gedir.

 

Dövlət başçısı bunu axşam müraciətində deyib.

 

“Müdafiə döyüşləri davam edir, sərhəd zolağımızın əhəmiyyətli bir hissəsində şiddətli döyüşlər gedir. Elə kəndlər var ki, əslində “boz zona”dan hərbi əməliyyatlar zonasına çevrilib və işğalçı onların bəzilərində möhkəmlənməyə, digərlərindən isə sadəcə olaraq daha da irəliləmək üçün istifadə etməyə çalışır”, – Zelenski vurğulayıb.

 

Prezident qeyd edib ki, Volçansk şəhəri yaxınlığında vəziyyət çox ağırdır, şəhər daim Rusiya atəşi altındadır, Ukrayna hərbçilərinin şəhərdə əks-hücum hərəkətləri davam edir, yerli sakinlərə köməklik göstərilir.

Tacxeber.com

Oxşar xəbərlər

Dövlətçiliyə sədaqət pərdəsi altında hədəf: Əli Kərimli

redaktor

Rusiya XİN-dən Yekaterinburqda azərbaycanlılara qarşı zorakılığa MÜNASİBƏT

redaktor

Donald Tramp ona impiçment tətbiq etməyə çağıran demokrat konqresmenləri “PSİX” adlandırdı

redaktor