11 C
Bakı
30 Mart 2026 01:04
Dünya

Zelenski: “Xarkov vilayətində şiddətli döyüşlər gedir”

 

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkənin Xarkov vilayətinin sərhəd zonasında şiddətli döyüşlər gedir.

 

Dövlət başçısı bunu axşam müraciətində deyib.

 

“Müdafiə döyüşləri davam edir, sərhəd zolağımızın əhəmiyyətli bir hissəsində şiddətli döyüşlər gedir. Elə kəndlər var ki, əslində “boz zona”dan hərbi əməliyyatlar zonasına çevrilib və işğalçı onların bəzilərində möhkəmlənməyə, digərlərindən isə sadəcə olaraq daha da irəliləmək üçün istifadə etməyə çalışır”, – Zelenski vurğulayıb.

 

Prezident qeyd edib ki, Volçansk şəhəri yaxınlığında vəziyyət çox ağırdır, şəhər daim Rusiya atəşi altındadır, Ukrayna hərbçilərinin şəhərdə əks-hücum hərəkətləri davam edir, yerli sakinlərə köməklik göstərilir.

Tacxeber.com

Oxşar xəbərlər

Zurabişvili prokurorluğa çağırıldı

redaktor

Şeyx: İran tarixdə və islam tarixində böyük səhv edir, bu da bağışlanmazdır

redaktor

Fətullah Gülənin ölümü: Palata nömrəsi şoka saldı

redaktor