25 C
Bakı
11 Avqust 2025 01:25
DünyaHadisə

Çörəyin içindən siçan qalıqları tapıldı – Fotolar

Yaponiyada baş verən hadisə ölkəni bir-birinə qatıb.

 

Tacxeber.comxəbər verir ki, bir neçə paket “Chojuku” markalı dilimlənmiş çörəyin içərisində qara siçan qalıqları aşkar edilib.

 

Şirkətdən verilən açıqlamada bu çörəkləri yedikdən sonra indiyə qədər heç kimin xəstələnmədiyi bildirilib. Gəmirici qalıqlarının məhsulların çirklənməsinin səbəbi ilə bağlı araşdırma aparıldığı və indiyədək təxminən 104 min bağlama çörək toplandığı açıqlanıb.

 

“Müştərilərimizə problem yaratdığımıza görə üzr istəyirik. Təkrarlanmanın qarşısını almaq üçün keyfiyyət idarəetmə sistemimizi gücləndirəcəyik”, – deyə bəyanatda bildirilir.

 

Yaponiyanın dövlət televiziyasının xəbərinə görə, çörəyin məxsus olduğu PASCO şirkətinin paytaxt Tokiodakı fabrikinin fəaliyyəti istintaq səbəbi ilə dayandırılıb.

 

Qeyd edək ki, Yaponiyanın tanınmış çörək istehsalçılarından olan “PASCO Shikishima”nın bir çox məhsulları ABŞ və Çinə də ixrac edilir.

Tacxeber.com

Oxşar xəbərlər

Novxanıda restoranda ƏMƏLİYYAT: ofisiant bu əməllərinə görə TUTULDU

redaktor

İnternetdə qadınla tanış olan kişi əsir düşüb və çoxsaylı işgəncələrə məruz qalıb…

redaktor

“Amma rəis müavinin vəzifəsində qalmağa səbəb o 11 şəkildir, 1 sertifikat deyil” jurnalist Sevinc Vaqifqızı həbsxanadan yazır

admin