30 C
Bakı
10 Avqust 2025 18:29
Cəmiyyət

Afaq Bəşirqızı: “Mənim parlamentdə olmağım çox adama sərf etməz”

“Parlament seçkilərinə namizədliklə bağlı təklif gəlsə, qəbul etmərəm. Mənim belə işlərə həvəsim yoxdur. Özüm sərbəst öz işlərimi görürəm. Sizə açıq etiraf edim, mənim parlamentin Mədəniyyət komitəsində olmağım 99,99% adamlara heç vaxt sərf etməz. Buna görə də istəmirəm”.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı deyib.

 

O, “Milli Məclisin Mədəniyyət komitəsinin fəaliyyətini necə dəyərləndirirsiniz?” sualına isə belə cavab verib:

 

“Çox pis. Nə deyim, vallah. Bilmirəm ki, bu, nə ilə bağlıdır. Mən orada deyiləm deyə, səbəbini bilmirəm. Deputatların sözlərinin keçmədiyini özləri etiraf etmələri həddindən ziyadə qəribədir. Deputatın sözü keçmirsə, bəs kimin sözü keçir? Bizim Nazirlik də müəyyən işlər görür, sadəcə, kömək lazımdır. Hər şey Mədəniyyət Nazirliyindən asılı deyil”. (Pravda.az)

Tacxeber.com

Oxşar xəbərlər

Həqiqi kolbasa necə seçilir: Yodla yoxlayın

redaktor

Quranla poz ver, kazinoya yol ver

admin

“Bağırsaq bakteriyaları insan orqanizmini zəhərli “əbədi kimyəvi maddələr”dən təmizləyə bilər” – elmi kəşf

redaktor