12 C
Bakı
28 Mart 2026 13:22
Dünya

Rusiyanın dondurulmuş pulları Ukraynaya “axacaq”

Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlirin Ukraynanın bərpası üçün istifadə olunması barədə ilkin razılıq əldə olunub.

 

Tacxeber.comxəbər verir ki, bu barədə Aİ Şurasına sədrlik edən Belçika hökuməti məlumat yayıb.

 

Bildirilib ki, Aİ səfirləri Rusiyanın immobilizasiya edilmiş aktivlərindən qaynaqlanan gəlirlərlə bağlı tədbirlər haqqında prinsipial razılığa gəliblər.

 

“Pul Rusiya təcavüzü kontekstində Ukraynanın bərpası və hərbi müdafiəsini dəstəkləməyə xidmət edəcək”, – məlumatda qeyd olunub.

 

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen müvafiq razılaşmanı təqdir edib. Aİ rəsmisi bu barədə “X” hesabında paylaşım edib: “Mən Rusiyanın immobilizasiya edilmiş aktivlərindən əldə edilən gəlirlərin Ukrayna üçün istifadə edilməsi təklifimizlə bağlı bugünkü siyasi razılaşmanı alqışlayıram. Bu, Ukraynanı və bütün Avropanı yaşamaq üçün daha təhlükəsiz yerə çevirməkdən daha güclü simvol və daha böyük fayda ola bilməz”.

Tacxeber.com

Oxşar xəbərlər

Seysmoloqdan zəlzələ ilə bağlı AÇIQLAMA – “6-7 bal gücündə zəlzələ…”

redaktor

ABŞ “Zəngəzur dəhliz”inin idarəçiliyini üzərinə götürür

admin

Kişi bekarçılıqdan özünü cinayətkar kimi göstərib həbs olundu

admin