16 C
Bakı
27 Sentyabr 2025 04:00
CəmiyyətİdmanQalmaqal

“İrəvan” klubunun futbolçuları ilə bağlı “qumar” şübhəsi

1-ci Liqada çıxış edən “İrəvan” klubunun futbolçuları “qumar” şübhəsi ilə futboldan uzaqlaşdırılıblar.

 

Tacxeber.com Sportinfo.az-a istinadən xəbər verir ki, bu mövsüm artıq “İrəvan”ın iki futbolçusu oyun alqı-satqısına görə futboldan uzaqlaşdırılıb, bəziləri isə müxtəlif cəzalar alıblar.

Söhbət AFFA İntizam Komitəsinin martın 18-də çıxardığı hökmdən gedir. Həmin gün verilən qərarla 4 nəfər danışılmış oyunlarda iştiraka görə ömürlük futboldan uzaqlaşdırılıb. Onlardan ikisi “İrəvan”ın oyunçuları Ege Atlam və Fəhmin Muradbəylidir. Həmçinin 4 nəfər danışılmış oyun barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə, 1 il şərti olmaqla 2 illik futboldan uzaqlaşdırılıb.

 

Bunlar “İrəvan”dan Ramin Məhərrəmov, Kamal Mirzəyev, II Liqada çıxış edən “Baku Sportinq”in üzvü Vüqar Rəhimov və “Lerik”in oyunçusu Xətai Ramazanlıdır. Onların hər birinə 1 illik sınaq müddəti verilib.

Qeyd edək ki, 2-ci Liqada mübarizə aparan “Qusar”ın vitse-prezidenti Elvin Xudadatov isə mərc oyunlarında iştirak səbəbindən 1200 manat cərimələnib, 2 illik futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olunub.

Tacxeber com

Oxşar xəbərlər

Son günlər yayılan bu videolar qanunsuzdur?

redaktor

Bakı həbsxanasında üç məhbus dünyasını dəyişdi.

admin

“Oğlan narkoman olsa da, dədəsinin puluna görə qızını ona verir”

redaktor