24 C
Bakı
12 Avqust 2025 00:09
Dünya

Yadplanetlilər bu partlayışda məhv olub – Şok iddia

Yadplanetlilər hələ də bəşəriyyətlə əlaqə qurmayıblar, çünki onlar qamma şüalarının partlayışı nəticəsində məhv olublar.

 

Tacxeber.com xəbər verir ki, bu iddia ilə Stouni Bruk Universitetinin professor Frederik Uolter çıxış edib.

 

“Bu, sıx fokuslanmış bir şüadır. Əgər qalaktikanın müstəvisi boyunca istiqamətləndirilsəydi, demək olar ki, planetlərin 10%-ni sterilizasiya edə bilərdi. Bu partlayışlar bizim Süd Yolu qalaktikamızdan daha gənc qalaktikalarda geniş yayılıb. Bununla belə, hər hansı bir qalaktikada təxminən hər yüz milyon ildən bir qamma şüalarının partlayışı baş verir. Milyard il ərzində bir çox yadplanetli sivilizasiyalar, əgər varsa, məhv olmalıdır”, – professor bildirib.

 

Uolter Yer kürəsinin qamma şüalarının partlayışı təhlükəsini gözləmədiyini deyib.

 

Qeyd edək ki, NASA qamma şüalarının partlayışını kainatın ən güclü partlayışı hesab edir.

Tacxeber.com

Oxşar xəbərlər

“Əfsanəvi “Torino” və Superqa faciəsi” – Yadigar Sadıqlıdan maraqlı yazı

admin

ABŞ Vahid Ələkbərovun oğluna sanksiya tətbiq etdi

redaktor

Ayda və planetlərdə torpaq satan adam: Dennis Houpun təəccüblü hekayəsi

redaktor