25 C
Bakı
11 Avqust 2025 00:29
Cəmiyyət

Telefonsuz qalmaq qorxusu…

Hər gün, hər saat smartfondan istifadə insan psixikasında dərin iz qoyur və asılılıq yaradır.

 

Tacxeber.com Medicina.az-a istinadən xəbər verir ki, psixiatr Viktor Rudov telefon asılılığının xəstəliyə çevrildiyini bildirib.

 

“Nomofobiya – telefonundan ayrılmaq, ayrı düşmək, telefonsuz qalmaq qorxusudur. Telefonun zərərləri az deyil: yuxusuzluq, depressiya, təşviş, diqqət yayqınlığı, sosial fobiya, skolioz. Üstəlik telefonsuz qalmaq qorxusu əlavə təşviş yaradır. Hazırda bu sindromdan telefon istifadəçilərinin 3-də ikisi əziyyət çəkir.

 

Rəqəmsal asılılığı vaxtında saxlamaq lazımdır, çünki dərinləşsə, yalnız psixiatrik metodlarla xilas mümkündür.

 

Psixikadan əlavə gadcetlərdən saatlarla istifadə beyini, empatiyanı və libidonu əzir.

 

Gündə 1 saat tam telefonsuz saat elan edin, 1 gün telefonu evdə unudun, kitab, kağız informasiyaya keçin, vizual canlı seyri artırın”, – Rudov qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

Möhyəddin Orucovun atası: “Qarabağda canımızı qoyuruq, evə gələndə görürük ki, uşaqlarımızı şərləyib həbsə salırlar”

admin

Nərgiz Absalamovanın vəkili ilə telefon danışığına qoyulan qadağa götürülməyib

admin

Tramp “İranı vur” əmrini görün haradan verib

redaktor