Dünya

Tanınmış azərbaycanlı hüquqşünas Ukrayna müharibəsində ağır yaralandı

Rusiyada tanınmış azərbaycanlı hüquqşünas Elman Paşayev Ukrayna müharibəsində yaralanıb.

 

Bu barədə rusiyalı jurnalist və ictimai siyasi xadim Maksim Şevçenko öz “Telegram” kanalında məlumat yayıb.

 

O bildirib ki, Rusiya Silahlı Qüvvələri ilə müqavilə imzalayan Elman Paşayev ağır yaralıdır.

 

“Müqavilə imzalayan və cəbhə xəttində olan tanınmış hüquqşünas Elman Paşayev ağır yaralanıb. O, xəstəxanaya təxliyəsinin ləngidiyini bildirən mesaj göndərib və bunun qəsdən edildiyini iddia edib. Elman Paşayevin təxliyəsində köməklik göstərilməsi üçün məsələyə aidiyyəti olan hər kəsdən xahişim var”, – deyə Şevçenko yazıb.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyənin vitse-prezidenti Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olub, Şuşaya yola düşüb – Foto

redaktor

Tramp Ukrayna Prezidentini müharibəni dayandırmağa çağırdı – KİV

redaktor

İrandan yeraltı baza iddiası – “Əməliyyatlar oradan idarə olunur”

admin