Dünya

Tanınmış azərbaycanlı hüquqşünas Ukrayna müharibəsində ağır yaralandı

Rusiyada tanınmış azərbaycanlı hüquqşünas Elman Paşayev Ukrayna müharibəsində yaralanıb.

 

Bu barədə rusiyalı jurnalist və ictimai siyasi xadim Maksim Şevçenko öz “Telegram” kanalında məlumat yayıb.

 

O bildirib ki, Rusiya Silahlı Qüvvələri ilə müqavilə imzalayan Elman Paşayev ağır yaralıdır.

 

“Müqavilə imzalayan və cəbhə xəttində olan tanınmış hüquqşünas Elman Paşayev ağır yaralanıb. O, xəstəxanaya təxliyəsinin ləngidiyini bildirən mesaj göndərib və bunun qəsdən edildiyini iddia edib. Elman Paşayevin təxliyəsində köməklik göstərilməsi üçün məsələyə aidiyyəti olan hər kəsdən xahişim var”, – deyə Şevçenko yazıb.

Tacxeber.com

Oxşar xəbərlər

Metsamor təhlükəsi: Ermənistan Fukusima faciəsini təkrarlamaq istəyir? – VİDEO

redaktor

Baykardan daha bir ilk: peyk kosmosa buraxıldı – Video

redaktor

ABŞ İranla artan gərginlik fonunda Bağdaddakı səfirliyində işçiləri azaldır

admin