DünyaHadisəSağlamlıq

İranda 29 həkim spirtli içkidən zəhərləndi

İranın Şiraz şəhərində 29 həkim spirtli içkidən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

 

Bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, hadisə Şiraz ətrafındakı bağlardan birində keçirilən şənlik mərasimində baş verib.

Qadın həkimlərdən biri ölüb, bir neçə həkim komaya düşüb, digərləri isə böyrək çatışmazlığı diaqnozu ilə müalicə olunurlar.

 

Qeyd edək ki, İranda spirtli içki istehsalı qadağan olduğuna görə gizli və qeyri-standart şəkildə hazırlanan spirtli içkilər hər il minlərlə insanın zəhərlənməsinə və ölümünə səbəb olur. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər

Etnik kartı kimlər açır? – Təsadüf, yoxsa planlı ritorika…

redaktor

Çayını və yeməyini isti yeyib-içənlərin DİQQƏTİNƏ

redaktor

“Tərtər işi”: 5 milyon manat təzminat istəyən ataya 40 min manat kəsilib

admin