DünyaHadisəSağlamlıq

İranda 29 həkim spirtli içkidən zəhərləndi

İranın Şiraz şəhərində 29 həkim spirtli içkidən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

 

Bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, hadisə Şiraz ətrafındakı bağlardan birində keçirilən şənlik mərasimində baş verib.

Qadın həkimlərdən biri ölüb, bir neçə həkim komaya düşüb, digərləri isə böyrək çatışmazlığı diaqnozu ilə müalicə olunurlar.

 

Qeyd edək ki, İranda spirtli içki istehsalı qadağan olduğuna görə gizli və qeyri-standart şəkildə hazırlanan spirtli içkilər hər il minlərlə insanın zəhərlənməsinə və ölümünə səbəb olur. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər

Kilosu 10 manatdır: faydasını bilsəniz, hər gün alacaqsınız

redaktor

Niyə Kreml “Putini öldürmək istəyirlər” şüarlı isterikaya başlayıb?

admin

Makiyajla idman etməyin riskləri: Mütəxəssis elə şeylər dedi ki…

redaktor