11 C
Bakı
29 Mart 2026 12:54
Dünya

Zelenski buna görə administrasiya rəhbərini işdən çıxardı

Ukrayna prezidenti Volodimir Zelenski Kiyev vilayətində sərxoş halda piyada keçidində dörd nəfəri vuran Brovarı şəhərinin rayon administrasiyasının rəhbəri Vladimir Maybojenkonu tutduğu vəzifədən azad edib.

 

Tacxeber.comxəbər verir ki, bu barədə Ukrayna prezidentinin ofisinin saytında məlumat verilib.

 

Bildirilir ki, Maybojenko “Yerli dövlət idarələri haqqında” Ukrayna Qanununun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinə uyğun olaraq tutduğu vəzifədən azad edilib.

 

Maddənin birinci bəndi Ukrayna konstitusiyasının və qanunlarının pozulması ilə əlaqədar işdən azad edilməsini nəzərdə tutur.

 

Məlumata görə, Brovarı şəhərində sərxoş Maibojenko piyada keçidində dörd nəfəri vurub.O, sərxoş halda qəza törətməkdə ittiham olunub.

Tacxeber.com

Oxşar xəbərlər

“Üçüncü Dünya müharibəsi sürətlə yaxınlaşır” – Məşhur nəşrin ANALİZİ

admin

Kaxetiyada Naxçıvan qalası və gürcü şovinzmi

redaktor

G20 sammitində Argentina Prezidentinin səhhəti pisləşdi

redaktor