24 C
Bakı
23 İyun 2025 10:10
Hadisə

Diş implantı kişinin beyninə “girdi”

Türkiyənin Bursa şəhərində kişi diş implantasiyası zamanı həyatının şokunu yaşayıb.

 

Tacxeber.comxəbər verir ki, özəl xəstəxanaların birində həkimin səhv müdaxiləsi nəticəsində implant çənə sümüyünü deşərək xəstənin beyninə ilişib.

 

Belə ki, 40 yaşlı Ramazan Yılmaz  diş müalicəsi üçün Nilüfer rayonundakı özəl diş klinikasına gedib. Onu müayinə edən həkim AD Yılmaza dişlərinin boş olduğunu və buna görə də çəkilməli olduğunu bildirib. O, çıxarılan dişlərin yerinə implantların qoyulmasını tövsiyə edib. Həkimin məsləhəti ilə müalicəni qəbul edən Yılmaz dişi çəkildikdən sonra yenidən implant üçün masaya əyləşib.

 

İddialara görə, implantı çənəyə yerləşdirmək istəyən həkimin səhv müdaxiləsindən sonra vint Yılmazın çənə sümüyünü deşərək kəllə sümüyünün içinə ilişib. Yılmazın ağrıdan huşunu itirməsindən sonra həkim A.D vintin kəllə sümüyünün içində olduğunu görüb və dərhal Yılmazı şəxsi maşını ilə xəstəxanaya aparıb.

 

Xəstəxanada çəkilən tomoqrafiyadan sonra gözlərinə inana bilməyən həkimlər iki uşaq atasını dərhal əməliyyata aparıblar. Saatlarla davam edən əməliyyatdan sonra həyata qayıdan Yılmaz həkimi polisə şikayət edib.

Tacxeber.com

Oxşar xəbərlər

İsrailin “Yüksələn Aslan” əməliyyatı haqqında

admin

Qəbiristanlıqdan qayıdan şəxsin qarşısını kəsdilər, qəfil öldü

redaktor

Durov və Hüseyn Dubayda bir arada – Foto

admin