26 C
Bakı
21 İyun 2025 13:45
Cəmiyyət

Vardanyan Bakıdan Yerevana zəng etdi – Arvadı onu bu qərarı verməyə razı saldı

Bakıda həbsdə saxlanılan qondarma “artsaxın keçmiş dövlət naziri”, Qarabağda separatçılığı və terrorçuluğu maliyyələşdirən milyarder Ruben Vardanyan ailəsilə əlaqə saxlayıb.

 

Tacxeber.com xəbər verir ki, Ermənistan mətbuatının məlumatına görə, Vardanyana həyat yoldaşı Veronika Zonabend ilə telefon danışığa aparmağa şərait yaradılıb.

 

Qeyd olunur ki, xanımı Ruben Vardanyanı aclığı dayandırmağa razı sala bilib.

 

Ruben Vardanyan 2023-cü ilin 27 sentyabrında Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən Qarabağdan qaçmaq istəyərkən saxlanılıb. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluğu maliyyələşdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə ittiham olunur. Hazırda barəsində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Tacxeber.com

Oxşar xəbərlər

“Saakaşvili həbsdən çıxaraq siyasətə dönüş edə bilər, “Gürcü Arzusu” hökuməti…” – AÇIQLAMA

admin

Piylənmənin səbəbləri nədir ?

redaktor

ABŞ kəşfiyyatı müharibə anonsu verdi: Zəngəzur uğrunda savaş başlayır?

admin