Dünya

“TikTok” ABŞ-yə meydan oxudu: “Satmayacağıq”

Çinin “ByteDance” şirkəti ABŞ-nin şirkətin sahibi olduğu məşhur “TikTok” video tətbiqini satmağa məcbur edən qanunu qəbul etməsindən sonra biznesini satmaq niyyətində olmadığını bəyan edib.


Tacxeber.com
xəbər verir ki, bu barədə şirkət sahibi olduğu “Toutiao” sosial şəbəkə platformasındakı rəsmi hesabında məlumat yayıb.

Məlumata görə, şirkət “TikTok”u satmaq planlarının olmadığını və xarici mətbuatda “ByteDance”ın “TikTok”u satacağı ilə bağlı xəbərlərin doğru olmadığını bildirib.

Şirkət həmçinin, həftənin əvvəlində “TikTok”la bağlı konstitusiyaya zidd qanuna məhkəmədə etiraz edəcəyini qeyd edib.

“Biz özümüzə tam inanırıq və məhkəmədə hüquqlarınız üçün mübarizəmizi davam etdirəcəyik”, – “TikTok”un sahibi Şou Tszı Çu deyib.
Qeyd edək ki, “TikTok”la bağlı qanun ABŞ Prezidenti Co Bayden tərəfindən çərşənbə günü imzalanıb.

Xatırladaq ki, “ByteDance” Çin hökumətinin “TikTok” üzərində nəzarəti olduğuna dair iddiaları dəfələrlə təkzib edib.

Tacxeber.com

Oxşar xəbərlər

Duqinin qızının ölümü ilə bağlı yeni fakt

admin

Türk Dövlətlərinin Qəbələdə Birləşməsi — Yeni Dövrün Başlanğıcıdır.

redaktor

Eynşteynin məktubu 4 milyon dollara satıldı-FOTO

admin