12 C
Bakı
28 Mart 2026 01:38
DünyaHadisə

Havada dəhşət: “Boeing 737”-nin təkəri qopdu, belə eniş etdi

Bazar günü Yohannesburqdan Cənubi Afrikanın Keyptaun şəhərinə uçan “Boeing 737” təyyarəsinin sol arxa xarici təkəri havaya qalxan zaman yerə düşüb.

 

Təkərin yerə düşdüyündən xəbərsiz olan pilot təyyarəni 6 min 700 metr hündürlüyə qaldırdıqdan sonra idarəetmə qülləsindən gələn xəbərdarlıqla təcili eniş etmək qərarına gəlib. Hadisə baş verən zaman təyyar təxminən 190 dəqiqə havada qalıb.

Daha sonra pilotlar təhlükəsiz eniş edib və sərnişinlərdən xəsarət alan olmayıb. Qeyd edək ki, “Boeing 737”-nin arxa eniş şassisi adətən dörd təkərdən ibarət olur.

 

Təyyarə 2007-ci ilin sentyabrında istehsal edilib. 2020-ci ilin noyabrında “FlySafair”ə təhvil verilib. “FlySafair” Afrikada ən böyük “Boeing 737” donanmalarından birinə malikdir. Yohannesburqda yerləşən aşağı büdcəli aviaşirkətin hazırda 737-800 və 737-400 olmaqla bu tipli 34 təyyarəsi var. (Publika)

Tacxeber.com

Oxşar xəbərlər

Dünyada cəmi 75 nəfərdə olan xəstəlik: İnsanları şeytan simasında görür – VİDEO

redaktor

“Zəlzələ kahini”ndən yeni iddia: 48 saat ərzində bu ölkədə dəhşətli zəlzələ olacaq

redaktor

Tiflisdə növbəti etiraz: Xüsusi təyinatlılar yeridildi

admin