24 C
Bakı
23 İyun 2025 19:01
Dünya

ABŞ Kiyevə Krımı bu raketlə vurmağa icazə verdi

ABŞ Ukraynaya bu yaxınlarda verdiyi uzaqmənzilli ATACMS raketləri ilə Krımdakı hədəfləri vurmağa icazə verib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Nyu York Tayms” Pentaqondakı yüksək çinli rəsmilərə istinadla məlumat yayıb.

 

“Pentaqon yarımadanı Rusiya hava və quru qüvvələrinin mərkəzi adlandırıb. Buna görə də ATACMS sistemlərindən istifadə edərək zərbələrin məqsədi Krıma daha çox təzyiq göstərmək olacaq”, – məlumatda qeyd olunub.

 

Bundan başqa, ATACMS Rusiya ordusunun xətlərinin arxasına zərbələr endirmək üçün istifadə edilə bilər. Bu raketlərin hədəfi Ukraynanın cənub-şərqindəki Rusiya təchizat qovşaqları olacaq.

 

Qeyd edək ki, ABŞ-ın Ukraynaya hərbi yardım paketinə 300 km-lik ATACMS raketləri də daxildir.

Tacxeber.com

Oxşar xəbərlər

“Azərbaycan hər zaman möhtəşəm ev sahibliyi ilə diqqət çəkib” – İSSF rəsmisi

redaktor

Putin Trampa nadir torpaq metallarını birgə çıxarmağı təklif edir

admin

Döyüş meydanından qaçmış erməni polkovnikə ittiham irəli sürüldü

redaktor