25 C
Bakı
23 İyun 2025 17:19
DünyaQalmaqalSiyasət

“TikTok” Türkiyədə də qadağan olunur? – Rəsmilər Türkiyə Böyük Millət Məclisinə dəvət olunub

“TikTok”un Türkiyə təmsilçiləri növbəti dəfə Türkiyə Böyük Millət Məclisinə dəvət olunacaqlar.

 

Tacxeber Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin Rəqəmsal Media Komissiyasının sədri Hüseyn Yayman “TikTok” nümayəndələrinin açıqlamalarının qənaətbəxş olmadığını vurğulayıb. O qeyd edib ki, ictimaiyyət “TikTok” milli təhlükəsizlik məsələsidir, buranın bağlanmasını istəyirik” deyir.

 

H.Yayman, keçən ilin dekabr ayında TBMM-də dinlədikləri “TikTok” nümayəndələrinin komissiyaya verdiyi cavablar ilə təcrübələri arasında fərqlər olduğunu bildirib. O, “TikTok” nümayəndələrinə müraciət edərək bildirib ki, ABŞ, Avropa və dünyanın digər ölkələrində bu özünü idarə etmə mexanizmlərinə əməl edirsiniz, amma Türkiyədə yox. Burada insanların pul yığma adı altında əxlaqsız davranışları var. Bu, nə yerli və milli dəyərlərimizə, nə də ümumbəşəri normalara uyğun deyil. Dezinformasiya ilə mübarizənin siyasətdən üstün bir məsələ olduğunu vurğulayan Yayman, bu mövzuda heç vaxt geri addım atmayacaqlarını qeyd edib.  (Valyuta.az)

Tacxeber.com

Oxşar xəbərlər

Moskva məhkəməsi Navalnıya daha 19 il həbs cəzası verib

redaktor

İdmançının meyiti dağıntılar altından tapıldı

redaktor

Rusiyaya şimaldan gözlənilməz zərbə…

admin