24 C
Bakı
22 İyun 2025 16:19
Maraqlı

Sən demə, yeməkləri dadlı olan insanların əlində xüsusi bakteriya var

sen-deme-yemekleri-dadli-olan-insanlarin-elinde-xususi-bakteriya-var

Hər yeməyin bir  “əl ləzzəti” var. Əldəki ləzzət isə insandan insana dəyişir.

 

Fərqli insanlar eyni inqrediyentlərlə eyni yeməyi bişirsələr belə, hər birinin dadı fərqli olacaq.

 

Bəs bu “əl ləzzəti”nin haradan gəldiyini heç düşünmüsünüz?

 

Bu, alimlərin də diqqətini çəkib və araşdırma mövzusuna çevrilib. Belçika və Amerikanın ortaq şəkildə apardığı araşdırmada əldə “dadın” olduğu təsdiqlənib. Araşdırmalara görə, ələ ləzzət verən şey insanın əlindəki bakteriyalardır.

 

“Lactobacillus” adlı bakteriya növünün dadlı yeməklər bişirməyə səbəb olduğu vurğulanıb. Eyni inqrediyentlərdən istifadə edərək yemək bişirən bəzi insanlarda bu bakteriya olduğu üçün şorba, tort və ana yeməkləri daha dadlı olur.

 

Həm də bu bakteriya hər kəsdə olmur. Çörək bişirənlərdə daha çox olan bu bakteriya insanların yalnız 2-6 faizində rast gəlinir. Qadınlarda isə kişilərə nisbətən daha çox müşahidə edilir.

Tacxeber.com

Oxşar xəbərlər

2025-ci ildə bu bürclər pul içində “üzəcək”

redaktor

Diana Əhədpur bir qədəh kokteylə 70 min manat ödədi

redaktor

Mançester Yunayted”in 100 min nəfərlik stadion planı

admin