24 C
Bakı
26 Sentyabr 2025 16:27
CəmiyyətHadisə

Elmira Süleymanova vəfat etdi.

Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova vəfat edib.

 

Tacxeber.com “Report”a istinadla xəbər verir ki, o, 87 yaşında dünyasını dəyişib.

Bildirilir ki, hazırda mərhumla Təzə Pir məscidində vida mərasimi keçirilir.

 

Qeyd edək ki, Elmira Teymur qızı Süleymanova 17 iyul 1937-ci ildə Bakı şəhərində anadan olub. Kimya elmləri doktoru, (1980), professor (1981), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. E.Süleymanova 2002-2019-cu illərdə Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) vəzifəsini tutub.

Tacxeber.com

Oxşar xəbərlər

Bakıdakı separatçılar hansı sirləri açır? – “Tərtər işi” və Mübariz İbrahimov detalı

admin

Azərbaycanın ən varlı şəxsləri – SİYAHI

redaktor

Hüseyn Abdullayev zəhərləndiyini iddia edir – məhkəməsi onlayn keçiriləcək

admin