22 C
Bakı
23 Oktyabr 2026 15:04
Dünya

“WhatsApp” artıq internetsiz işləyəcək

“WhatsApp” “Yaxınlıqdakı insanlar” adlı yeni funksiyasını sınaqdan keçirir.

 

Yenisabah.az xəbər verir ki, yeni funksiyada istifadəçilərin faylları oflayn köçürmə və paylaşma imkanı olacaq. Yəni istifadəçilər internet bağlantısı olmadan belə sənədlər, media və digər faylları kontaktlarına ötürə biləcəklər.

 

“WhatsApp”ın yeni oflayn fayl paylaşma xüsusiyyəti “Yaxınlıqdakı insanlar” adlanır. Bu xüsusiyyət məşhur “Android” seçimi “Nearby Share” və “Apple AirDrop” kimi işləyəcək.

 

“Yaxınlıqdakı adam” funksiyası hazırda inkişaf mərhələsindədir və sonuncu dəfə “Android beta” versiyasında görünüb.

 

Bu xüsusiyyətin iOS istifadəçilərinə gəlib-gəlməyəcəyi və ya “WhatsApp”ın bu funksiyanı bütün istifadəçilərə nə vaxt təqdim etməyi planlaşdırdığı hələlik bəlli deyil.

Tacxeber.com

Oxşar xəbərlər

Anastas Mikoyan və Fidel Kastro

admin

Ukrayna gömrüyünü Aİ-yə köçürür – FT

admin

Türkiyədən gələ biləcək təhlükələrdən necə qorunmalı?

redaktor