24 C
Bakı
22 İyun 2025 11:52
Hadisə

Ölümündən əvvəl Nəsib Quliyevin həyatında nələr baş verib?

Xəbər verdiyimiz kimi, uzun müddət Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı olmuş Nəsib Quliyev odlu silahdan atəş açaraq özünü öldürüb.

 

Tacxeber.com xəbər verir ki, 73 yaşlı professorun hadisədən əvvəl məktub yazdığı bildirilir. Qeyd olunur ki, məktubda N.Quliyev özünü hansı səbəbdən öldürdüyünü yazıb. Bununla belə istintaq orqanı tərəfindən götürülən məktubda konkret nə yazıldığı açıqlanmayıb.

 

N.Quliyevin ailəsinə yaxın şəxslərin Ölkə.Az-a verdiyi məlumata görə, sabiq baş pediatrın həyatında baş verən psixoloji gərginliklər olub.

 

Deyilənə görə, onun hüquq mühafizə orqanlarında xidmət göstərən rütbəli oğlu 10 il əvvəl öz ailəsini ataraq Rusiyaya köçüb.

 

Professorun oğlu ilə yanaşı, qızı da boşanıb və ailəsindən ayrı yaşamağa başlayıb.

 

Elə N.Quliyevin də öz ailəsindən ayrıldığı bildirilir.

 

Mərhum 2021-ci ildə isə baş pediatr vəzifəsindən azad olunub.

Tacxeber.com

Oxşar xəbərlər

Su basmış yerlərdə uşaqlar belə təxliyə edildi – VİDEO

redaktor

Rusiyada azərbaycanlı deputatın kafesindəki yanğına görə qadın tutuldu

redaktor

Fazil Qasımov Qubad İbadoğlunu məhkəməyə çağırır

redaktor