Siyasət

Əvəz Zeynallı ilə bağlı verilən 9 il həbs qərarı dəyişmədi

“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının barəsindəki hökmdən verdiyi şikayət üzrə məhkəmə prosesi başa çatıb.
Tacxeber.com
APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin barəsində çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri ittiham verilib. Bakı Ağır Cinayətlər Məhkəməsin hökmü ilə Əvəz Zeynallı 9 il müddətinə azadlıqdan məhrum edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Putin və Trampın Alyaska görüşünün nəticələri

admin

İran Fələstini İsrailə satır: rejim Qəzzada ifşa oldu

admin

“Eləmişəm, get işinlə məşğul ol!” – Pənah Hüseynə QƏRİBƏ CAVAB

redaktor