29 C
Bakı
11 Avqust 2025 17:13
CəmiyyətQalmaqal

Vəfat etməsi haqda xəbəri yayılan Əməkdar artist: “Səhər tezdən hamı evimə gəlir”

“Səhərin gözü açılmamış evimiz adamla dolub, biri gedib, biri gəlir. Hamısını da özüm qarşılayıram. Deyirlər ki, Yusif müəllim, ölüm xəbərinizi eşidib gəlmişik. Cavab verirəm ki, ölü də qonaq qarşılayar?”

 

Tacxebər bildirir ki,  “Azərbaycan Reallığı”na açıqlamasında Əməkdar artist Yusif Mustafayev ölüm xəbərindən danışarkən deyib.

Müğənni yayılan bu məlumatdan narahatıq keçirdiyini vurğulayıb:

“Telefonlar susmur, hamı zəng edir. Ailəm, qohumlarım narahat olublar. Eşitmisən, bir dəqiqləşdir də. Çox pis olmuşam. Anlaya bilmirəm ki, niyə bu insanlar bəd xəbəri xoşlayırlar”.

 

Yusif Mustafayev ölüm xəbərini yayanlara mesaj verib:

“Əzrayıl mələkdir, onun bunlardan xəbəri yoxdur. Bu xəbəri yayanların acığına yaşayacağam”.

Qeyd edək ki, bu gün səhər saatlarında sosial şəbəkələrdə Əməkdar artist Yusif Mustafayevin ölüm xəbəri yayılıb.

Tacxeber.com

Oxşar xəbərlər

Göyərtiləri soyuducuda belə saxlayın – Təzə qalacaq

redaktor

Subay insanlar, boşanan xanımlar, tələbə oğlanların kirayə ev tapması müşkülə çevrilir – SƏBƏB

redaktor

23 il yaşamış Asəf Zeynallının dağılmış 90 yaşlı qəbiri: Niyə ona sahib çıxan tapılmır? – VİDEO

redaktor