22 C
Bakı
23 Oktyabr 2026 13:28
Dünya

Rusiya sülhməramlıları Qarabağdan Ermənistana getdi

Rusiyanın Qarabağdakı sülhməramlılarının bir qrup əsgəri və korteji müvəqqəti olaraq Gorus və Sisian məntəqələrinə gedib.

 

Tacxeber.com xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress ”in sualını cavablandırarkən deyib.

 

“Qarabağda yerləşdirilməsi və sülhməramlı fəaliyyət üçün Ermənistan hökuməti Gorus və Sisianda Rusiya sülhməramlı birləşmələrinə müvəqqəti dislokasiya məntəqələri ayırıb. Laçın dəhlizinin normal fəaliyyətini təmin etmək üçün yer də seçilib. Rusiya sülhməramlı qoşunları Qarabağı tərk etdiyinə görə, təbii ki, onlar Ermənistanda da qala bilməzlər. Dağlıq Qarabağdan gələn sülhməramlılardan ibarət qrup və konvoy onların bağlanması üzrə işlərin təşkili üçün Gorus və Sisiandakı müvəqqəti dislokasiya məntəqələrinə yollanıb”, – A.Qriqoryan qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

Anastas Mikoyan və Fidel Kastro

admin

Ukrayna gömrüyünü Aİ-yə köçürür – FT

admin

Türkiyədən gələ biləcək təhlükələrdən necə qorunmalı?

redaktor