20 C
Bakı
23 Oktyabr 2026 17:54
DünyaGündəm

“Qərb Rusiyadan qorxur” – Zelenski

“Qərb Rusiyadan qorxduğu üçün Ukraynaya qoşun yeritmir”.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

 

O bildirib ki, əgər Qərb Rusiya ilə müharibənin başlayacağından ehtiyat etdiyi üçün Kiyevə silahlı qüvvələr göndərmirsə, bu, onların həqiqətən Rusiyadan qorxduqları anlamına gəlir.

 

Bundan əvvəl Zelenski Qərb ölkələrinə müraciət edərək, İranın hücumu zamanı İsraili qoruduqları kimi Ukraynanı da qorumağa çağırıb.

 

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi isə Zelenskiyə cavab olaraq qeyd edib ki, Ukrayna münaqişəsi İsrail ətrafındakı vəziyyətdən fərqlidir.

 

“Zelenski Qərbi Ukraynanı İsrail kimi müdafiə etməyə çağırır, lakin Kiyev Vaşinqtonda siyasətin necə işlədiyini başa düşmür”, – o bildirib,

Tacxeber.com

Oxşar xəbərlər

Anastas Mikoyan və Fidel Kastro

admin

Ukrayna gömrüyünü Aİ-yə köçürür – FT

admin

Türkiyədən gələ biləcək təhlükələrdən necə qorunmalı?

redaktor