DünyaGündəm

“Qərb Rusiyadan qorxur” – Zelenski

“Qərb Rusiyadan qorxduğu üçün Ukraynaya qoşun yeritmir”.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

 

O bildirib ki, əgər Qərb Rusiya ilə müharibənin başlayacağından ehtiyat etdiyi üçün Kiyevə silahlı qüvvələr göndərmirsə, bu, onların həqiqətən Rusiyadan qorxduqları anlamına gəlir.

 

Bundan əvvəl Zelenski Qərb ölkələrinə müraciət edərək, İranın hücumu zamanı İsraili qoruduqları kimi Ukraynanı da qorumağa çağırıb.

 

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi isə Zelenskiyə cavab olaraq qeyd edib ki, Ukrayna münaqişəsi İsrail ətrafındakı vəziyyətdən fərqlidir.

 

“Zelenski Qərbi Ukraynanı İsrail kimi müdafiə etməyə çağırır, lakin Kiyev Vaşinqtonda siyasətin necə işlədiyini başa düşmür”, – o bildirib,

Tacxeber.com

Oxşar xəbərlər

Kadırovun 15 yaşlı oğlu daha bir orden aldı – VİDEO

redaktor

Dövlət Komitəsi Bakıda 13 yaşlı qızın ev şəraitində körpə dünyaya gətirməsi ilə bağlı araşdırmalara başlayıb

redaktor

“Zelenski Trampın xahişindən sonra Moskvaya gedə bilər” − “Bloomberg”

redaktor