11 C
Bakı
30 Mart 2026 01:07
İqtisadiyyat

Rusiyadan 75 qəpiyə gətirilən “qreçka” marketlərdə 3 manata satılır – Rəsmi

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan Rusiyadan ümumi dəyəri 1 milyon 95,1 min dollar olan 2 min 476,7 ton qarabaşaq (“qreçka”) idxal edib.


Yeniavaz.com
-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, Rusiyadan idxal olunan 1 kiloqram qarabaşağın orta gömrük dəyəri 44 sent (75 qəpik) olub.

 

Məlumat üçün onu da bildirək ki, bu ilin mart ayında ölkənin pərakəndə satış məntəqlərində idxal olunan qarabaşağın orta satış qiyməti 2,95 manat olub. Açıqlanan rəsmi məlumatlardan da göründüyü kimi, idxal olunan qarabaşaq market və dükanlarda gömrük dəyərindən 4 dəfə baha satılıb.

Onu da qeyd edək ki, Azərbaycana qarabaşaq yalnız Rusiyadan idxal edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Ətin qiyməti buna görə qalxır – Ekspert

redaktor

Deputatın şirkətinə 885 min manatlıq sifariş.

admin

Ramiz Mehdiyevin gəlini bankdakı payını artırıb. Qardaşının payı isə azalıb

admin