GündəmHadisə

Kürdə atası ilə batan uşağın da meyiti tapıldı

Aprelin 12-də Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batmış 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının meyiti çayın Zərdab rayonu, Qoruqbağı kəndinin ərazisindən keçən hissəsində, batdığı yerdən təqribən 3 km uzaqlıqda Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Bu barədə Axar.az-a FHN Mətbuat xidmətində bildililib.

 

Qeyd edək ki, Vaqif Süleymanov ailəsi ilə birlikdə Kür çayının kənarına istirahətə gəlib. Bu zaman onun 6 yaşlı qızı, 2018-ci il təvəllüdlü Səma Süleymanlı sürüşərək çaya düşüb. V.Süleymanov qızını xilas etmək üçün onun ardınca suya tullanıb. Nəticədə ata və qızı suda boğulub.

Aprelin 19-da S.Süleymanovanın atası Vaqif Tahir oğlu Süleymanovun meyiti batdığı yerdən təqribən 7-8 km aralıda, çayın Zərdabın Pərvanlı kəndindən keçən hissəsində tapılaraq, sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Tacxeber.com

Oxşar xəbərlər

Nazim Bəydəmirlinin səhhətinin pisləşdiyi bildirilir.

admin

Gürcüstanda güclü zəlzələ baş verdi

redaktor

Adapteri cərəyana qoşanda partlayış oldu: Kürdəmirdə ər-arvad ölümünün TƏFƏRRÜATI

redaktor