21 C
Bakı
23 İyun 2025 03:22
Sağlamlıq

Güclü şirniyyat istəyiniz bundan qaynaqlanır – Yeni araşdırma

Əgər gecəni evdə tək, şokolad və ya dondurma yeyərək keçirmisinizsə, özünüzü günahkar hiss etməyinizə ehtiyac yoxdur. Çünki yeni bir araşdırma tənhalığın şəkərli qidalara qarşı güclü istəklərə səbəb ola biləcəyini sübut edir.

 

Tacxeber.com xəbər verir ki, “JAMA Network Open” jurnalında dərc edilən araşdırma, sosial cəhətdən təcrid olunmuş insanların beyin kimyasının çəki artımı, idrak qabiliyyətinin azalması və 2-ci tip diabet və piylənmə kimi xroniki xəstəliklərlə əlaqəli olduğunu müəyyən edib.

 

Tədqiqatçılar 93 premenopozal iştirakçının qida siqnallarının sosial mühitdən asılı olaraq necə dəyişdiyini araşdırıblar. Nəticələr tənhalıq və ya təcrid hissi keçirənlərin bədən yağının daha yüksək faizə malik olduğunu, qida asılılığı və həddindən artıq yemək kimi mənfi xüsisiyyətlərə sahib olduğunu üzə çıxarıb.

 

Tədqiqatçılar iştirakçıların şirin və dadlı qidaların mücərrəd şəkillərinə reaksiyalarını izləmək üçün maqnit rezonans tomoqrafiyasından istifadə ediblər. Nəticələr göstərib ki, təcrid olunmuş şəxslər beynin şəkər istəklərinə cavab verməkdə əsas rol oynayan müəyyən nahiyələrində ən böyük fəaliyyətə malikdirlər.

Tacxeber.com

Oxşar xəbərlər

İnsanı ən tez öldürən iş açıqlandı

redaktor

Zədəli saçlara, sızanaqlara, quru əllərə son – Avokadonun möcuzələri

redaktor

Marketlərdə satılan saxta “kərə yağları” – Belə aldadırlar

admin