20 C
Bakı
23 İyun 2025 08:33
Dünya

“Putin bizdən çox qorxur” – Zelenski

“Cəbhədə hər şeyin pis olduğu və təşəbbüsün rusların əlində olduğu Rusiyanın rəvayətləridir. Bu səhvdir”.


Tacxeber.com
 xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Braziliya mətbuatına müsahibəsində deyib.

Ukrayna prezidenti deyib ki, rusların Ukrayna ordusundan daha çox silahları var:

“Hazırda bu an çox çətindir. Lakin hərbi yardım təsdiqləndikdən sonra addım-addım silahlar orada olacaq. Biz təkcə buna ümid etməyəcəyik, həm də bunun üçün mübarizə aparacağıq.

Ukrayna  müttəfiqlərin köməyinə ehtiyacı var, çünki ölkənin müstəqilliyinin 30 ili ərzində Rusiya öz agentlərindən istifadə edərək, Ukraynanın inkişaf etməməsi üçün hər şeyi edib”.

Zelenski bildirib ki, ukraynalılar ölkələri, müstəqillikləri, Aİ və NATO-ya daxil olmaq planları uğrunda mübarizədən əl çəkməyəcəklər:

“Heç kim imtina etmir. Putin bizdən çox qorxur. Mən buna əminəm. Qərb ölkələri İranın hücumunu dəf etməkdə İsrailə kömək edib. Fransa, Almaniya, Polşa, Böyük Britaniya və ya hər hansı digər ölkənin təyyarələri Ukraynaya doğru uçan Rusiya raketlərini məhv etmək üçün havaya qalxarsa mən bu addımı ayaqda alqışlayacam”.

Tacxeber.com

Oxşar xəbərlər

“Mən Rusiya ilə müharibə istəmirəm” — Polşa Prezidenti

redaktor

Avropadan Ukraynaya tələb: İmtina et!

redaktor

“Müharibə Rusiya dağılanda dayanacaq” – Qritsak

redaktor