Bir neçə gün əvvəl Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Vaqif Tahir oğlu Süleymanlının meyiti tapılıb.
Tacxeber.com Report-a istinadən xəbər verir ki, V.Süleymanlının meyiti batdığı yerdən təqribən 7-8 km aralıda, çayın Zərdabın Pərvanlı kəndindən keçən hissəsində tapılıb. Amma atası ilə birlikdə batan 6 yaşlı Səma Süleymanlının axtarışları davam edir.
V.Süleymanovun meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.