25 C
Bakı
11 Avqust 2025 08:24
Şou

Rəqsanənin əmlaklarına həbs qoyuldu

Müğənni Rəqsanə İsmayılovanınAzərbaycandakı mülklərinə həbs qoyulub.

 

Tacxeber.com Qaynarinfo.az-a istinadən xəbər verir ki, müğənninin külli miqdarda borcu var. Həmin borcla bağlı qərar qəbul olunsa da, Rəqsanə İsmayılova qərarı icra etməyib.

 

Bu səbəbdən icra məmuru tərifindən Nəsimi rayon Məhkəməsinə müraciət edilib. Məhkəmənin qərarı ilə Rəqsanə İsmayılovanın Goranboy rayonunda və digər yerlərdə yerləşən 100 sotdan artıq torpağına və onun üzərindəki əmlaka həbs qoyulub.

 

Rəqsanə İsmayılova qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. İşə hakim Elşən Kazımovun sədrliyi ilə baxılacaq.

 

Məsələ ilə bağlı Rəqsanə İsmayılova açıqlamasında xəbəri əvvəlcə təkzib etsə də, sonradan təsdiqləyib.

 

Müğənni bu barədə geniş danışmaq istəmədiyini bildirib:

 

“Köhnə söhbətdir və məsələ ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişik”.

Tacxeber.com

Oxşar xəbərlər

“60 yaşında da olsam, o çılğın eşqi yaşamaq istəyirəm”

redaktor

Könül Kərimova boşandığını ilk dəfə etiraf etdi – FOTO

redaktor

Elza Seyidcahana bu telekanalda iş verildi

redaktor