2 C
Bakı
11 Fevral 2026 02:50
Şou

Rəqsanənin əmlaklarına həbs qoyuldu

Müğənni Rəqsanə İsmayılovanınAzərbaycandakı mülklərinə həbs qoyulub.

 

Tacxeber.com Qaynarinfo.az-a istinadən xəbər verir ki, müğənninin külli miqdarda borcu var. Həmin borcla bağlı qərar qəbul olunsa da, Rəqsanə İsmayılova qərarı icra etməyib.

 

Bu səbəbdən icra məmuru tərifindən Nəsimi rayon Məhkəməsinə müraciət edilib. Məhkəmənin qərarı ilə Rəqsanə İsmayılovanın Goranboy rayonunda və digər yerlərdə yerləşən 100 sotdan artıq torpağına və onun üzərindəki əmlaka həbs qoyulub.

 

Rəqsanə İsmayılova qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. İşə hakim Elşən Kazımovun sədrliyi ilə baxılacaq.

 

Məsələ ilə bağlı Rəqsanə İsmayılova açıqlamasında xəbəri əvvəlcə təkzib etsə də, sonradan təsdiqləyib.

 

Müğənni bu barədə geniş danışmaq istəmədiyini bildirib:

 

“Köhnə söhbətdir və məsələ ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişik”.

Tacxeber.com

Oxşar xəbərlər

“Fərqi yoxdur, nə yolla varlanırsan, varlan, əsas odur ki, pulun olsun”

redaktor

 “Rəngarəng” verilişində az qaldılar ki, efirə gələn müğənnini soyundursunlar”-FOTO+ÖZƏL

redaktor

“Nəslin-kökün içində hörmətim var, Nəfəsi niyə alım?!” – VİDEO

redaktor