21 C
Bakı
23 İyun 2025 02:53
Cəmiyyət

Qubad İbadoğluya yekun ittiham elan edildi – İstintaq bitir

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşır.

 

Tacxeber.com xəbər verir ki, bu barədə onun vəkili Bəhruz Bayramov məlumat verib.

 

Vəkil deyib ki, Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə yekun ittiham elan edilib.

 

Müdafiə tərəfi işlə tanış olub, vəsatətlərini verdikdən sonra toplanmış materiallar baxılması üçün məhkəməyə göndəriləcək.

 

Qeyd edək ki, professor Qubad İbadoğlu 9 ay əvvəl həbs edilib. (Qafqazinfo)

Tacxeber.com

Oxşar xəbərlər

Şərurlu İsfəndiyar 1 milyon dollarlıq məhkəmə işində UDUZDU

redaktor

Cavanşir Paşazadənin yalanı faş oldu – FOTO

admin

Azərbaycan xalqının təfəkkür, düşüncə kodları var və cəmiyyət, toplum bu kodlarla idarə olunur.

admin