24 C
Bakı
12 Avqust 2025 00:11
Hadisə

Rusiyadan Azərbaycana gətirilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlandı

Rusiyadan Azərbaycana idxal edilən dondurulmuş toyuq məhsulunda salmonella aşkarlanıb.

 

Tacxeber.comxəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

 

Qeyd olunub ki, “Ladess Group” MMC-nin Rusiya Federasiyasından idxal etdiyi “Stavropolskiy Broyler” MMC-nin “Nevinnomısskiy” filialının istehsalı olan ümumi çəkisi 19,2 ton dondurulmuş toyuq filesi məhsulundan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

 

Aparılan sınaq nəticəsinə əsasən, nümunələrdə salmonella bakteriyası aşkarlanıb.

 

Faktla bağlı qanunvericiliyə uyğun olaraq təhlükəli məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Yekaterinburq hadisələrinə görə Overçukun Azərbaycana səfəri ləğv edildi

redaktor

5G üçün vahid mobil şəbəkə qurulacaq, ümid edək ki, bu səbəbdən qiymətlər bir daha artırılmayacaq.

admin

“Qarabağ” yenidən liderliyini qaytardı

admin