Dünya

Fransada Putinin keçmiş həyat yoldaşının villasına həbs qoyuldu

Fransa məhkəməsi Rusiya prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila Oçeretnayanın villasına həbs qoyub.

 

Tacxeber.com Fransanın “Challenges” nəşrinə istinadən xəbər verir ki, söhbət ölkənin cənub-qərbindəki Anqlet şəhərində yerləşən “Suzanna” villasından gedir. Məhkəmə qərarı 2023-cü il dekabrın 6-da verilib, lakin jurnalistlər bundan indi xəbər tutublar.

 

1930-cu ildə tikilmiş 5 min kvadratmetrlik villa 2013-cü ilin dekabrında, Lyudmila və Vladimir Putinin boşandıqlarını elan etdikdən 6 ay sonra alınıb. Ev 5,4 milyon avroya başa gəlib.

Tacxeber.com

Oxşar xəbərlər

Avropada daun sindromlu qadın deputat oldu

redaktor

Ukraynalılar hərəkətə keçdi: “nüvə müharibəsi” üçün pul toplamağa başladılar

redaktor

İstanbul görüşü başlamamış “parçalandı” – Ukraynanın bu şərti ilə

redaktor