20 C
Bakı
24 İyun 2025 01:55
Cəmiyyət

Meyityuyan: “Heç biri yuxuma da girməyib” – VİDEO

Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin yeni buraxılışı efirə gedib.

 

Verilişin budəfəki sayında ölüyuyan (mürdəşir) Nazim bəy məşğul olduğu işin detallarından danışıb.

 

Onun sözlərinə görə, 25 ildə 3 000-dən çox ölü yuyub. Nazim bəy bildirib ki, ölüyuyan üçün tələb olunan əsas xüsusiyyətlər qorxmamaq və sirr saxlamağı bacarmaqdır:

 

“Ölü yuyanda çox şey görmək olar. Məsələn bir ölünün qadın olduğunu sonradan bilmişdim. Qadın olsa da, kişi kimi geyinib gəzirmiş. Niyə deyirlər ki, atanı övladı, yaxını yusun. Çünki bəlkə, onun bədənində elə qüsur var ki, onu övladından başqa heç kim görməməlidir”.

 

Meyityuyan qeyd edib ki, münasibəti yaxşı olmayan insan vəfat edəndə belə onu yumalı olub:
“Sevmədiyim adamı da yumuşam. Həmin adama görə xəstəxanaya belə düşmüşdüm. Amma gəlib onu yumuşdum”.

 

Ölüyuyan indiyə qədər ona ən çox təsir edən hadisədən də danışıb:

 

“9-10 yaşlarında iki qardaş hamamda çiməndə boğulmuşdular. Birini yuyub, qucağına götürüb kəfənləmək, daha sonra o birini yumaq böyük dərd idi. 3 000 nəfərdən heç biri yuxuma da girməyib. Amma həmin uşaqlardan sonra 20 gün özümə gələ bilmədim”.

Ətraflı süjetdə:

Tacxeber.com

 

 

Oxşar xəbərlər

“Yer”də beli dikəltdikmi, “göy”də qanad çırpırıq?! Milyard xərclənən “Azərkosmos” da “zərər”lə işləyir…

admin

SON DƏQİQƏ: Ermənilər Azərbaycanla həmsərhəd rayonları tərk edirlər

redaktor

Bakıda “Range Rover” sürücüsü qadın təlimçinin olduğu maşına təpik atdı – ANBAAN GÖRÜNTÜLƏR

redaktor